70 məktəbdə “Məktəb icmaları” yaradılır

23 декабря 2016 [14:01] - YouthPortal.Az

Bakı şəhərindəki 147 nömrəli Texniki-Humanitar Liseydə “Məktəb icmaları” layihəsinə yeni qoşulmuş ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndələri, layihənin əməkdaşları, layihəyə yeni qoşulan 70 ümumi təhsil məktəbinin direktoru və valideynlər iştirak ediblər.

BŞTİ-dən bildirilib ki, görüşdə “Məktəb icmaları” layihəsi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, məktəb icması – məktəb həyatını birlikdə daha maraqlı etmək üçün yaradılmış müəllim, valideyn və şagirdlərin birliyidir. “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.

Tədbirdə artıq “Məktəb icmaları” yaranmış məktəblərin təcrübələrindən və icma qurum layihəsinin fəaliyyətinin müsbət nəticələrindən bəhs edilib. Bundan başqa, layihəyə yeni qoşulan məktəblərdə təşkilatçılar tərəfindən müəllim, valideyn və şagirdlərin ilk birgə iclaslarının keçirilməsinin nəzərdə tutulduğu da bildirilib.

 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 1 2 3 4 5
 

Bizə qoşulun