SABAH qruplarının müəllimlərinə sertifikatlar verilib

21 2016 [16:00] - YouthPortal.Az

SABAH qruplarının müəllimlərinə Paris-Sorbon Əbu Dabi Universitetinin sertifikatlarının təqdimetmə mərasimi olub.

Təhsil Nazirliyindən bildiriblər ki, tədbirdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, SABAH qrupları icra komitəsinin rəhbəri Şahin Seyidzadə və müəllimlər iştirak ediblər.

Qeyd olunub ki, SABAH qruplarının 15 müəllimi cari ilin avqustunda təcrübə mübadiləsi məqsədilə Fransada səfərdə olub, digər 43 müəllim isə sentyabrda Bakıda keçirilmiş təlimdə iştirak edib.

Paris-Sorbon Əbu Dabi Universiteti və Təhsil Nazirliyi SABAH qruplarının əməkdaşlığı çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi iştirakçılara təhsildə keyfiyyətin artırılması sahəsində müasir qiymətləndirmə metodlarına dair geniş məlumat vermək və təcrübə mübadiləsi aparmaqdır.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun