Beyləqanda Ağıllı tədris otağı layihəsinin açılış mərasimi keçirilib

21 2016 [13:30] - YouthPortal.Az

Beyləqan şəhər Təbiət və humanitar fənlər liseyində Ağıllı tədris otağı layihəsi çərçivəsində İKT avadanlığı ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib.

YouthPortal.az a verilən məlumata görə, mərasimdə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Şahin İsmayılov və bir sıra rayon rəsmiləri iştirak ediblər.

Təbiət və humanitar fənlər liseyində yaradılmış tədris otağı 20 planşet, 1 proyektor, 1 noutbuk və 1 smart lövhə ilə təchiz olunub. Ağıllı tədris otağında dərs deyən müəllimlər yeni Ağıllı tədris otağı modeli üzrə təlimdən keçib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-in İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində təqdim olunan avadanlıq müvafiq proqramlar ilə təmin edilib. Bununla yanaşı təqdim olunmuş elektron versiya əsasında şagirlər üçün nümunə kimi bir sıra fənlərin rəqəmsal dərsliyi və elektron məzmun hazırlanıb.

Tədbirdə çıxış edən Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev layihəni təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Həmçinin, çıxış edən Milli Məclisin deputatı Şahin İsmayılov layihənin fərqləndirici xüsusiyyətləri haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, belə sinifdə dərs vəsaiti kimi bir sıra proqramlardan istifadə olunur. Bu proqramlarla şagirdlərin interaktiv tədris prosesinə marağı artır, dərs zamanı müəllim və şagirdlərə yaradıcılıq imkanları təmin edən proqram həllləri təqdim olunur. Bu proqram həm də müəllimə sinfi, dərs prosesini, şagirdlərlə qarşılıqlı ünsiyyəti daha dəqiq və rahat idarə etmə imkanını verir.


 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
 

Bizə qoşulun