Süni insan orqanlarının istehsalına başlanır

19 декабря 2016 [12:00] - YouthPortal.Az

2018-ci ildə Rusiya süni insan orqanlarının istehsalına başlayacaq. Bu barədə Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Rusiyada qəbul olunmuş "Biotibbi hüceyrəvi məhsullar" haqqında yeni qanun layihəsi insan orqanlarının süni yolla hazırlanmasına və transplantasiya təcrübəsində istifadəsinə icazə verir.

Qeyd olunur ki, qanunun bir neçə maddəsi gələn il qüvvəyə minəcək. Qanunun bütövlükdə tətbiqi isə bir neçə sənədin imzalanmasından sonra mümkün olacaq ki, bu proses də 12 aya qədər vaxt apara bilər.

Qeyd etmək lazımdır ki, qanun tibbi hüceyrəvi məhsulların hazırlanmasını, tədqiqini və tətbiqini nəzərdə tutur. Bununla yanaşı, sözügedən sənəd donor materiallarının toplanmasını və daşınmasını təmin edən bir sıra nüansları və saxlama şərtlərini də müəyyənləşdirir. Alimlərin fikrincə, qəbul edilmiş bu qanun elmin inkişafına dəstək verəcək, mütəxəssislərin insanlar üçün köçürülməsi zəruri olan orqanların hazırlanması ilə məşğul olmasına şərait yaradacaq.

Ekspertlər, həmçinin qeyd ediblər ki, bu qanun biomaterialların nəqli və saxlanılması məsələləri ilə bağlı problemləri də həll edəcək. Qanun, eyni zamanda hüceyrəvi məhsulların istehsalına nəzarəti də nəzərdə tutur.

 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun