Apple AirPods qulaqcığı satışa çıxarılıb

14 2016 [22:00] - YouthPortal.Az

Apple şirkəti sentyabrın əvvəlində "iPhone 7 və iPhone 7 Plus smartfonları ilə birlikdə simsiz AirPods qulaqcığını təqdim edib. Qulaqcıq oktyabrın sonlarında satışa çıxarılmalı olsa da, bu, naməlum səbəblərdən təxirə salınıb. Təsdiq olunmamış məlumatlara görə, Apple səsin adi simsiz qulaqcıqlarda olduğu kimi ardıcıl deyil, eyni anda iki qulaqcığa ötürülməsi problemi ilə üzləşib. Hər halda, AirPods qulaqcığının Appleın rəsmi saytında satışa çıxarılmasına görə şirkətin artıq bütün problemləri həll etdiyini düşünmək olar.

Qulaqcıqda səsin intellektual səsləndirilməsi və stabil simsiz bağlantının dəstəklənməsi üçün yaradılan Apple W1 prosessorundan istifadə olunur. AirPods qulaqda taxılmanı bildirən infraqırmızı sensorlarla təchiz edilib. Bundan başqa, qurğuda qulaqcığa iki dəfə toxunmaqla Siri səsli köməkçisini aktivləşdirməyə imkan verən quraşdırılmış akselerometr yer alıb, eləcə də hər bir qulaqcıq mikrofonla təchiz edilib. Həmçinin AirPods bütün Apple qurğuları ilə uyğunluq təşkil edir və onlar arasında avtomatik dəyişir.

Şirkət nümayəndələrinin sözlərinə görə, qulaqcığı bir dəfə enerji ilə doldurmaqla 5 saat istifadə etmək olar və bu, enerjisi 24 saat musiqini dinləməyə kifayət edən xüsusi birləşdirici stansiya vasitəsilə edilir. Qulaqcıq birləşdirici stansiyanın qapağı açılandan dərhal sonra qurğuya qoşulur.

ABŞ və Rusiyada satışa çıxarılan AirPods qulaqcığının tədarükünə iki həftədən sonra başlamaq nəzərdə tutulur.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 1 2 3 4 5
 

Bizə qoşulun