ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp biznesdən gedir

13 декабря 2016 [13:30] - YouthPortal.Az

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp yanvarın 20-də keçiriləcək inauqurasiyasınadək biznesdən gedəcəyini elan edib. O, bu barədə Twitter sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Tramp öz aktivlərinin idarə olunmasını oğullarına həvalə etmək fikrindədir. “Hərcənd qanun üzərimə belə bir məsuliyyət qoymasa da, bütün diqqətimi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə yönəltmək imkanı əldə etmək üçün yanvarın 20-dək biznesdən gedəcəyəm. Onu iki oğlum - Don və Erik, həmçinin menecerlər idarə edəcəklər”, - Donald Tramp belə yazıb. O, əlavə edib ki, dövlət başçısı postunda olduğu müddətdə heç bir yeni sövdələşmə bağlamayacaq.

Donald Trampın ilkin varidatı ona ikinci Dünya müharibəsi ərəfəsində Nyu-Yorkun Bruklin və Kuins rayonlarında ucuz mənzillər tikməyə başlayan atasından irsən qalıb. Oğul istiqaməti vaxtında dəyişib və dünyanın hər yerində bahalı ofis binaları, otellər, kazinolar və qolf-klublar tikməyə girişib. Onun tikinti imperiyasının flaqmanı Manhettenin mərkəzindəki Trump Tower hesab olunur. Trump Organization ailə kompaniyasının mənzil-qərargahı bu binada yerləşir.

KİV-də Donald Trampın sərvətinə dair fərqli informasiyalar yer alır. Forbes jurnalının məlumatına görə, onun varidatı 3,7 milyard dollardır. Fortuna jurnalı bu rəqəmin 3,9 milyard dollar, Bloomberq isə 3 milyard dollar olduğunu bildirir.

 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1
 

Bizə qoşulun