Fərdi kompüter mobil qurğuya çevriləcək

12 декабря 2016 [19:00] - YouthPortal.Az

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin noutbuklarda “Qualcomm” şirkətinin istehsalı olan prosessorlarla işləyəcək versiyasını yaratmaqla məşğuldur.

Bu fakt fərdi kompüterlər üçün iri prosessorlar tədarükçüsü kimi tanınan “Intel” şirkətinin mövqelərini zəiflədə bilər. Bundan başqa, ABŞ korporasiyasının dəstəyi “Qualcomm” şirkətinə müvafiq bazarda möhkəmlənməyə imkan verəcək, eləcə də bu əməkdaşlıq perspektivdə informasiya texnologiyaları bazarının strukturunu xeyli dəyişdirəcək.

“Qualcomm” prosessorları qurğunun batareyasının tutumu nəzərə alınmaqla yaradılıb, həmçinin prosessorlar şəbəkə ilə inteqrasiya edilmiş rabitə vasitələrinə malikdir. “Microsoft” və “Qualcomm” arasında əməkdaşlıq nəticəsində 24 saat elektrik enerjisinə qoşulmadan işləyən və eyni zamanda, daim məlumatötürmə şəbəkələrinə qoşulmuş nazik noutbuklar yaradılacaq. İlk belə qurğunun 2017-ci ildə təqdim ediləcəyi gözlənilir.

Məlumata görə, “Windows” əməliyyat sisteminin mobil qurğulara köçürülməsi ilə bağlı problem onlara sistemi quraşdırmaqla deyil, fərdi kompüteri mobil qurğuya çevirməklə həllini tapacaq.

 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
27 28 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
 

Bizə qoşulun