Milad xeyriyyə bazarında Azərbaycan stendi maraqla qarşılanıb

11 2016 [18:00] - YouthPortal.Az

Dekabrın 10-da Monteneqrodakı diplomatik korpusun iştirakı ilə Milad xeyriyyə bazarı keçirilib.

Xeyriyyə yarmarkası monteneqroluları xarici dövlətlərin tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış etmək, habelə iştirakçılar tərəfindən satışa çıxarılan milli suvenirlərdən əldə olunan vəsaitin Monteneqronun uşaq evləri və xəstəxanalarına köçürülməsi məqsədi daşıyıb.

Yarmarkada ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyi Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr mərkəzi ilə birgə iştirak edib. Azərbaycan üçün ayrılmış stenddə Hüseynbala Mirələmovun və Viktor Andriyanovun müəllifləri olduğu Görkəmli insanların həyatı silsiləsindən Heydər Əliyev kitabı, Bakı jurnalı, Monteneqro dilinə tərcümə edilmiş Azərbaycan uşaq şeirlərinin toplandığı İzvor Radosti (Sevinc Qaynağı) nəşri, milli mətbəximizin və incəsənətimizin nümunələri, İrəvan və Qarabağ xalçalarına aid kitablar nümayiş olunub. Milli suvenirlərimiz, mətbəximizin dadlı təamları, xüsusən paxlava və şəkərbura iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Azərbaycan stendinə yaxınlaşan Monteneqro rəsmilərinə burada nümayiş olunan məhsullar haqqında məlumat verilib.

Xeyriyyə bazarında Azərbaycanın təqdimatı yerli KİV-lərdə geniş işıqlandırılıb.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2
 

Bizə qoşulun