Piyadaları qoruyaq layihəsi çərçivəsində növbəti təqdimatlar keçirilib

6 2016 [17:30] - YouthPortal.Az

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc İstedadların İnkişafına Dəstək İctimai Birliyinin, Bakı şəhər Baş Polis İdarəsinin və Dövlət Yol Polisi İdarəsinin birgə təşkilatçılığı ilə Piyadaları qoruyaq adlı layihə həyata keçirilir.


Layihənin həyata keçirilməsində məqsəd respublikada nəqliyyat təhlükəsizliyi problemlərinə cəmiyyətin diqqətini cəlb etməklə, piyada mədəniyyətinin artırılması, Azərbaycanda insanların yol qəzalarında həlak olmalarının qarşısının alınmasıdır.


Layihənin əsas istiqamətlərindən biri də təhsil müəssisələrində piyada mədəniyyəti ilə bağlı maarifləndirici təqdimatların keçirilməsidir. Sözügedən təqdimatlar ilk olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində, daha sonra isə Azərbaycan Dillər Universiteti və Bakı Ali Neft Məktəbində baş tutub. Tədbirlərdə ümumilikdə 250-dən çox tələbə iştirak etmişdir.

Təqdimatların başlanğıcında yol hərəkətinə dair video təqdimat materialı izahlı şəkildə nümayiş etdirilib. Daha sonra Bakı şəhər Baş Polis İdarəsi, Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki  Vaqif Əsədov tələbələrin qarşısında çıxış edib. Sonda isə Gənc İstedadların İnkişafına Dəstək İctimai Birliyinin sədr müavini Şərqiyyəxanım Qulamova tələbələri maraqlandıran sualları dinləyib və ünvanlanan suallar qonaqlar vasitəsilə cavablandırılıb.









 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 1 2 3 4 5
 

Bizə qoşulun