Həddən artıq uyğunluq bədii filmi təqdim ediləcək

6 2016 [17:30] - YouthPortal.Az

Dekabrın 15-də Nizami Kino Mərkəzində Ülviyyə Könülün rejissorluğu ilə ekranlaşdırılan Həddən artıq uyğunluq bədii filminin təqdimatı keçiriləcək.

YouthPortal xəbər verir ki, film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında lentə alınıb.

Çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mərdan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Romantik komediya janrlı filmdə baş rolları Azərbaycanın Xalq Artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundova, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova və digərləri canlandırıblar.


 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
 

Bizə qoşulun