"Miss Top Model Azerbaijan"ın ilk kastinqinin tarixi və yeri məlum oldu

26 ноября 2016 [15:00] - YouthPortal.Az

Azərbaycanda ilk dəfə keçirilən milli top-model müsabiqəsi olan "Miss Top Model Azerbaijan"ın ilk kastinqi 4 dekabr saat 12:00-da "Switch Venezia" klubunda keçiriləcək.

"Miss Top Model Azerbaijan"ın digər müsabiqələrdən fərqliliyi ondan ibarətdir ki, bu müsabiqəyə model biznesinə yeni qoşulmaq istəyənlərlə yanaşı, Azərbaycanda və xaricdə kifayət qədər tanınmış yerli modellər də qatıla bilərlər.

Müsabiqənin iştirakçıları qiymətli hədiyyələrlə yanaşı, ölkəmizin şou-biznesinə və dəb industriyasına qatılmaq şansı əldə edəcəklər. "Miss Top Model Azerbaijan" adını qazanan iştirakçı ölkəmizi beynəlxalq "Miss Top Model of the World" müsabiqəsində təmsil etmək hüququnu qazanacaq.

"Miss Top Model Azerbaijan"da iştirak etmək üçün ərizə qəbulu müsabiqənin rəsmi saytında olan anketi doldurmaqla həyata keçirilir (http://www.misstopmodel.az/form).

Ərizə qəbulu dekabr ayının 2-də bitəcək.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
 

Bizə qoşulun