Sarı Gəlin Tələbə Mahnı Festivalına start verilir

21 2016 [16:00] - YouthPortal.Az

Sarı Gəlin layihəsi Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi Hüseynli Günay tərəfindən həyata keçirilir. Festivalın keçirilməsində əsas məqsəd milli mənəvi dəyərlərimizdən olan Azərbaycan xalq mahnılarının qorunub saxlanılmasında gənclərin rolunu artırmaq, istedadlı gənclərin üzə çıxarılması və bacarıqlarının nümayişinə dəstək verməkdən ibarətdir.

Müsabiqəyə qatılacaq istedadlı tələbə-gənclər festival çərçivəsində keçiriləcək konsert proqramında milli mahnılarımızı ifa edəcək və sonda xor şəklində Sarı Gəlin Azərbaycan Xalq Mahnısını ifa edəcəklər.
Layihə çərçivəsində Qala konsertinin cari ilin 26 noyabr tarixində saat 15:00-da Şövkət Məmmədova adına Opera Studiyasının Konsert salonunda keçirilməsi nəzərdə tutulmuşdur.

Son müraciət tarixi: 15.11.2016-cı il

Müsabiqəyə qatılmaq üçün qeydiyyat linki: www.atgti.az/p/2233

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
 

Bizə qoşulun