Bakı Nəqliyyat Agentliyi taksi və avtobuslarla bağlı monitorinqlərə başlayır

15 2016 [15:34] - YouthPortal.Az

Bakı Nəqliyyat Agentliyi taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparacaq.

Youthportal.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov bildirib.

Onun sözlərinə görə, monitorinqin aparılmasında məqsəd taksi-minik avtomobilləri və avtobusların standartlara cavab verib-verməməsini müəyyənləşdirməkdir: Bakıda və Abşeronda 16 mindən artıq taksi-minik avtomobili, 2300-dən çox orta və iritutumlu avtobuslar var. Bakı şəhərinin inzibati ərazisində daşıma fəaliyyəti həyata keçirən 53 hüquqi və  fiziki şəxsə məxsus nəqliyyat vasitələrində, istehsalat bazalarında monitorinq aparılacaq. Nəqliyyat vasitələrinin istismara yararlı olub-olmaması vacibdir.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2
 

Bizə qoşulun