Park Cinema İMAX-da MÜSTƏQİLLİK GÜNÜ: DİRÇƏLİŞ fəlakət filminin ictimai nümayişi keçirilib

23 2016 [14:14] - YouthPortal.Az


İyunun 22-də Park Cinema kinoteatrlar şəbəkəsinin Flame Towers-də yerləşən kinoteatrının İMAX zalında Gazelli Group-un sponsorluğu ilə “Müstəqillik günü: Dirçəliş” fəlakət filminin ictimaiyyət nümayəndələri üçün nümayişi keçirilib. Park Cinema kinoteatrlar şəbəkəsinin ənənə halı alan və kinohəvəskarlarının rəğbətini qazanmış bu cür nümayişlərində hər dəfə olduğu kimi KİV nümayəndələri, xalq artisti Faiq Ağayev, şairə Nərminə Məmmədzadə, tanınmış rejisser Şamil Quliyev, aktyorlar, mədəniyyət və incəsənət xadimləri, bloqerlər iştirak ediblər.

1996-cı il müharibəsi kimi məlum olan hadisələrin nəticəsində Yerin sakinlərinin təqribən yarısı məhv edilmişdi. Bəşəriyyət heç vaxt tam məhv olmağa bu qədər yaxın olmamışdı. Yadplanetlilərin hücumundan sağ çıxmış insanlar Yerdə həyatı yenidən dirçəltmək üçün həlak olanları heç vaxt unutmayacaq və daim xatırlayacaqlar ki, bizim gücümüz birliyimizdədir.

Bəşəriyyətin tam məhv olunması təhlükəsinin gözlənilməz, lakin əlverişli effekti olmuşdu: yüzilliklər boyu davam edən münaqişələr və siyasi etibarsızlıq öz yerini dünyanın bütün xalqlarının görünməmiş əməkdaşlığına vermişdi.


1996-cı il müharibəsindən sonra yadplanetlilərin texnologiyalarını istifadə edən xalqlar birləşərək iyirmi il ərzində planeti yenidən qururdular və Yeri yad planetlərdən olan təcavüzkarlardan qorumaq üçün misli görünməmiş müdafiə proqramı yaradırdılar. Yerin Müdafiəsi Proqramı (YMP) erkən xəbərdarlıq sistemi və vahid qlobal müdafiə vasitəsi kimi çıxış edirdi.

Lakin bu kifayətdirmi? Axı yadplanetlilər də yeni hücuma hazırlaşırdılar...

Filmdə Liam Xemsvort (Ceyk Morrison), Ceff Qoldblüm (Devid Levinson), Bill Pullman (Prezident Uitmor), Mayka Monro (Patrisiya Uitmor), Şarlotta Qensbur (d-r Ketrin Marso) və başqaları çəkiliblər. Filmin rejissoru Roland Emmerix, ssenari müəllifi və prodüseri Din Devlindir.











 


Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
 

Bizə qoşulun