“Eurovision-2016”nın finalına daha 10 ölkə vəsiqə qazandı

13 мая 2016 [11:02] - YouthPortal.Az


12 mayda İsveçin paytaxtı Stokholmda keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatdı.

Sayca 61-ci dəfə keçirilən yarışmanın 2-ci yarımfinalında 18 ölkə təmsilçisi yarışdı. Onlardan 10 ölkə finala vəsiqə qazandı:

1. Latviya (Justs - Heartbeat)

2. Gürcüstan (Nika Kocharov & Young Georgian Lolitaz - Midnight Gold)

3. Bolqarıstan (Poli Qenova - If Love Was a Crime)

4. Avstraliya (Dami Im - Sound of Silence)

5. Ukrayna (Camala - 1944)

6. Serbiya (ZAA – Goodbye)

7. Polşa (Mixail Şpak - Color of Your Life)

8. İsrail (Hovi Star - Made of Stars)

9. Litva (Donny Montell - Ive Been Waiting for This Night)

10. Belçika (Laura Tesoro - Whats the Pressure?)

Finala vəsiqə qazanan təmsilçilər canlı şoudan sonra mətbuat konfransı keçirdilər. Mətbuat konfransında püşkatma nəticəsində finala keçən ölkələrin mayın 14-də çıxış ardıcıllığı müəyyən olundu.  

Xatırladaq ki, "Eurovision-2016" yarışmasında Azərbaycanı təmsil edən Səmra Rəhimli mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb. O, mayın 10-da baş tutan ilk yarımfinalda 14-cü səhnəyə çıxaraq “Miracle” mahnısını ifa edib.
Azərbaycan təmsilçisi ilə yanaşı ilk yarımfinalda  Rusiya, Niderland, Macarıstan, Xorvatiya, Avstriya, Ermənistan, Çexiya, Kipr və Malta səs qazanaraq finala çıxıblar.

Qeyd edək ki, “Bir araya gələk!” şüarı ilə keçirilən müsabiqənin finalı mayın 14-də olacaq. İştirakçı ölkələrlə yanaşı, birbaşa finala vəsiqə qazanan "Böyük beşlik" ölkələrinin iştirakçıları da həmçinin “Globe Arena” səhnəsinə çıxacaqlar:

1. Frans İa (Amir Haddad - Jai cherche)

2. Almaniya (Jamie-Lee Kriewitz)

3. İtaliya (Francesca Michielin - No Degree of Separation)

4. İspaniya (Barei - Say Yay!)

5. Böyük Britaniya (Joe & Jake – You are Not Alone)

Finalda Azərbaycan tamaşaçısı ölkə təmsilçimiz istisna olmaqla, bəyəndiyi ifaçıya səs göndərə bilər.

 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
27 28 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
 

Bizə qoşulun