28 inema rebrendinq etdi

18 2015 [17:15] - YouthPortal.Az

Azərbaycanın premium kinoteatrı “28 Cinema”nın adı dəyişdirilib. Bundan sonra kinoteatr CinemaPlus adlandırılacaq.

Youthportal.az AZƏRTAC-a istinadən bildirir ki, rebrendinq (brend haqqında mövcud təsəvvürləri köklü surətdə dəyişən plastik əməliyyat) layihəsi yalnız kinoteatrın adının dəyişdirilməsi ilə kifayətlənmir. Belə ki, layihə çərçivəsində kinoteatrın loqosu, əməkdaşların forması tam dəyişdirilib, həmçinin daxili interyerlərin dizaynları təkmilləşdirilib və çap məhsullarında da dəyişikliklər edilib.

Divarların orijinal işıqlandırılması qonaqların diqqətini cəlb edərək onların zövqünü oxşayır. Xüsusi seçilmiş rənglər tamaşaçıların əhval-ruhiyyəsini yüksəltməklə yanaşı, xoş atmosfer yaradır. Vahid yeni üsluba keçid inkişafda mühüm mərhələdir.

Tamamilə yenilənmış sevimli kinoteatr olan CinemaPlus hər zaman olduğu kimi öz tamaşaçılarını premyeralar və yeni layihələr ilə sevindirməyə hazırdır.

Bundan əlavə qeyd olunur ki, kinoteatr yeri reklam daşıyıcılarının tətbiqinə başlayıb. Bunun nəticəsində bütün yerli şirkətlər daha effektiv reklam vasitələrindən istifadə edə biləcəklər.




 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
 

Bizə qoşulun