Mercedes kabriolet S65 AMG təqdim etdi

16 2015 [16:45] - YouthPortal.Az


Youthportal.az AUTO.AZ-a istinadən bildirir ki,Mercedes-AMG yeni kabriolet S65-I təqdim edib. Avropada avtomobil üçün sifarişlər gələn il aprelin 4-dən qəbul ediləcək. Yeniliyin satışı gələn yaydan başlayacaq.

Avtomobilin kapotu altında 6,0-litrlik benzin V12 mühərriki dayanır. O, 621 a.g. və 1000 Nm fırlanma anına malikdir. Belə mühərriklə avtomobil 100 km/saatı 4,1 saniyəyə yığır. Maksimal sürət isə 250 km/saatdır.

Xüsusi AMG Drivers Package paketi quraşdırıldıqdan sonra bu göstərici 300 km/saata çatır. Mühərrik 7-pilləli Speedshift Plus 7G-Tronic sürət qutusu ilə birgə işləyir və o, 3 iş rejiminə malikdir.

Yenilik 20-düymlük tökmə disk alıb. Sürücü üçün, həmçinin küləkdən qorunma sistemi, dirsəkaltıların qızdırılması və intellektual klimat-kontrol sistemi nəzərdə tutulub. Kabrioletin salonu Nappa dərisi ilə işlənilib.

Ötən il Mercedes ən güclü kupe S-Class - S65 AMG-ni təqdim etmişdi. Onu standart S-class-dan aerodinamik asılqan, 20-düymlük AMG disklər və Magic Body Control sistemi ilə fərləndirmək olar. Avtomobil Burmester audio və ətraf müşahidə sistemləri ilə təchiz edilib.

Avtomobil 6,0-litrlik turbolaşdırılmış V12 mühərriki (630 a.g.) alıb. Bu mühərriklə S65 AMG yerindən 100 km/saata 4,1 saniyəyə sürətlənir, maksimal sürət isə 250 km/saatda məhdudlaşdırılıb.







 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
 

Bizə qoşulun