The Blood of Karabakh adlı film hazırlanır

11 декабря 2015 [16:15] - YouthPortal.Az


Youthportal.az bildirir ki,Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ mövzusunda “The Blood of Karabakh” layihəsi çərçivəsində qısametrajlı film hazırlanır.

“The Blood of Karabakh” adlı sənədli filmin hazırlanmasında məqsəd beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, beynəlxalq aləmdə Qarabağda baş verən tarixi hadisələrə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı tarixin yaddaşlardan silinməməsi üçün film şəklində yaddaşda saxlanılmasına xidmət göstərməkdən ibarətdir.

Layihə rəhbəri İmaməddin Quliyevin qeyd etdiyinə görə layihə Qarabağda olan tarixi döyüşləri və azərbaycanlılara qarşı soyqırımları, erməni təcavüzünü əks etdirən xarici auditoriyalara hesablanmış ingilis dilində qısametrajlı film hazırlanmasından ibarətdir. Tarixi faktlara əsaslanaraq hazırlanması nəzərdə tutulan film məhz ingilis dilində olmasının əsas məqsədi Qarabağın qanlı tarixini, problemini dünya ictimaiyyətinin bir daha diqqətinə çatdıraq. Eyni zamanda bu istiqamətdə həyata keçirilən layihələrə dəstək olaraq azərbaycanlı gənclərin daha da fəal iştirakını təmin etmək üçün onların vasitəsilə yaşadıqları, oxuduqları ölkələrdə bu filmin təbliğ edilməsi üçün daim birgə fəaliyyətə cəlb etməkdən ibarətdir.

Hal – hazırda filmin çəkilişləri başa çatıb və montaj işləri tamamlanmaq üzrədir.

Qeyd edək ki, “The Blood of Karabakh” filminin çəkilişləri zamanı Qarabağ müharibəsi iştirakçılarından, Qarabağ qazilərdən və tarixçilərdən müsahibə götürülmüşdür. Filmin Ssenari müəllifi Rey Kərimoğluya, Rejissoru Nicat Cəlilov, Montajı Kənan İbrahimov, mətnlərin səsləndirilməsi  Elxan Rzaya aiddir.

Film yaxın zamanlarda geniş ictimaiyətə təqdim olunacaq.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
27 28 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
 

Bizə qoşulun