Nizamidə bu gündən Cem Yılmazın yeni komediyasının nümayişinə başlanılır - [video]

10 2015 [17:45] - YouthPortal.Az

Cem Yılmazın azərbaycanlı pərəstişkarlarına xoş xəbərimiz var.

Youthportal.az-ın Gün.Az-a istinadən məlumatına görə, “Nizami” Kino Mərkəzində Cem Yılmazın rejissorluğu və aktyorluğu ilə ərsəyə gələn yeni Ali Baba və 7 cüceler komediya filminin nümayişinə başlanılır.

Xatırladaq ki, Ali Baba ve 7 Cüceler komediya filmində Kenan Memedovla (Zafer Algöz) Boris Mançonun (Cem Yılmaz) rastlaşdığı səhnədə onlar İradə İbrahimovanın Neyləyək alınmadı (musiqisi Vaqif Gərayzadə) mahnısını oxuyublar.

Filmin Türkiyədəki təqdimatından sonra İ.İbrahimova Ozan Güven, Zafer Algöz, Cem Yılmaz, Can Yılmaz və Özkan Uğurla görüşmüşdü.

Qeyd edək ki, G.O.R.A, A.R.O.G, Yahşi Batı və sair filmlərin quruluşçu rejissoru olan Cem Yılmaz, gözəl aktyor olmaqla yanaşı, karikatura rəssamı, dublyaj səsləndirməsi, musiqi ilə də məşğuldur.

Film haqqında daha ətraflı məlumatı "Nizami" Kino Mərkəzinin "Facebook" səhifəsindən öyrənə bilərsiniz (https://www.facebook.com/NizamiCinema?rf=hl).

 


Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun