“Porsche” idman elektromobillərinin kütləvi istehsalına başlayır

7 декабря 2015 [17:15] - YouthPortal.Az

Almaniyanın “Porsche Automobil Holding SE” kompaniyası yaxın vaxtlarda idman elektromobillərinin kütləvi istehsalına başlayacaq.

Youthportal.az AZƏRTAC-a istinadla xəbər verir ki, 700 milyon avro dəyərində olan layihə çərçivəsində mindən çox yeni iş yeri açılacaq.

Dörd qapılı “Mission E” sportkarının onilliyin sonuna qədər satışa çıxarılacağı deyilsə də, onun qiyməti açıqlanmır. Bir dəfə doldurulmaqla 500 kilometr məsafə qət edən avtomobil saatda 100 kilometrədək sürət yığa bilir.

“Porsche” kompaniyasının əsas qürur mənbəyi isə xüsusi olaraq “Mission E” üçün hazırlanan və sürətinə görə ən yaxşı dünya analoqlarını üstələyən elektrik doldurma qurğusudur.

Xatırladaq ki, “Porsche” dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan “Volkswagen” qrupuna daxildir.




 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 1 2 3 4 5
 

Bizə qoşulun