Tanınmışlar “Oğlan evi: Azərbaycansayağı qarət” filminin təqdimatında

3 декабря 2015 [15:45] - YouthPortal.Az

“Oğlan evi: Azərbaycansayağı qarət” filminin təqdimat mərasimi keçirilib.

Youthportal.az-ın Axşam.az-a istinadən məlumatına görə, filmdə baş rolları yumor ustası Fərda Xudaverdiyev, aparıcı İslam Mehrəliyev və aktyor Elcan Rəsulov canlandırıb.

Rejissorluğunu İlham Qasımovun etdiyi ekran işi komediya janrındadır. Filmin ssenari müəllifi İlham Qasımov, Tural Sevdimalı və Dicey Fatehdir.

Ekran işindən bəhs edən Dicey Fateh iş prosesslərindən danışıb:

“Filmin hazırlıqları təqdimatdan bir-iki saat əvvəl bitib. Çalışdıq ki, yaxşı film alınsın. İzləyənlərin alqışlarından gördük ki, deyəsən istəyimizə çatdıq”.

Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasiminə sənət aləminin tanınmış simaları da qatılıb.





 


Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun