Nizami Kino Mərkəzində Türkiyə və ABŞ istehsalı olan filmlərin nümayişinə başlanılıb

27 2015 [16:00] - YouthPortal.Az

Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan “Uzaklarda arama” və ABŞ-ın Viktor Frankenşteyn filmlərinin nümayişinə başlanılıb.

Youthportal.az AZƏRTAC-a istinadən bildirir ki, Af Media şirkətinin təqdimatı ilə nümayiş olunacaq Uzaklarda arama filminin rejissoru Türkan Şoraydır. Film romantik komediya janrında çəkilib.

Rəsmi qərarla şəhər mərkəzindən qəsəbəyə köçürülən pavilyon qəsəbə sakinləri arasında təşvişə səbəb olur. Ərlərinin pavilyona ayaq açmasından narahat olan xanımlar orada çalışan qadınlarla mücadiləyə başlayırlar. Amma qəsəbə kişilərinin əhvalı çox yerindədir. Lakin hələlik heç kim bilmir ki, bütün bu həngamənin içində sonradan hamının şahid olacağı böyük eşq yaşanacaq.

Baş rollarda Yağmur Ünal, Ekin Türkmen, Sevda Erginci, Mehtap Bayrı, Elif Atakan, Pınar Göktaş, Esra Ergün, Aslı Samat, Mustafa Uğurlu çəkiliblər.

Qeyd edək ki, Türkan Şorayın Uzaklarda arama filminin qala-gecəsində iştirak etmək üçün noyabrın 26-da Bakıya gələcəyini xəbər vermişdik. Lakin bu tarix dəyişdirilib. Türkan Şoray Bakıya dekabrın 9-da gələcək.

Rejissor Pol Mak Qiqanın çəkdiyi Viktor Frankenşteyn filmi dəhşət və fantastik dram janrındadır. Film bu dəfə köməkçisi İqorun, Viktor Frankenşteynin fantastik həyat tarixçəsinə yeni baxışından bəhs edir.

Baş rollarda Deniel Redkliff, Cesika Braun, Findlib Bronson Uebb, Ceyms MakEvoy, Deniel Meys, Spenser Uidlinq, Robins Pirs, Endryu Skott, Kallum Terner və Di Botçer çəkiliblər.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1
 

Bizə qoşulun