Yeni Hyundai Equus

13 2015 [17:15] - YouthPortal.Az

Youthportal.az AUTO.AZ-a istinadən xəbər verir ki, “Hyundai” şirkəti Genesis model sırasını premial avtomobillər buraxan brendə çevirməyi qərara alıb. Hyundai-ın verdiyi rəsmi məlumata görə yeni Genesis modelləri yüksək məhsuldarlıq, dizayn və innovasiya standartlarına malik olacaq və ən yaxşılarla rəqabət aparacaq.

Genesis markasının ilki sedan G90 olacaq ki, bu avtomobil hazırki Hyundai Equus-i əvəz edəcək. Bununla belə, koreyalılar premial avtomobilin əsas rəqibi kimi Lexus LS-i görürlər və ümumiyyətlə Yaponiya premial markasını öz əsas rəqibləri hesab edirlər.

İlk tizer təsvirlərini nəzərə alsaq, Genesis G90 konsept Vision G-də qoyulmuş üslubu təkrar edəcək. Lakin premial koreyalının debütünə az qaldığına baxmayaraq, yeniliyin texniki xüsusiyətləri hələ ki, məlum deyil. Dekabrın əvvəli avtomobil EQ900 adı ilə Cənubi Koreya bazarına çıxarılacaq, gələn ilin yazında isə Nyu-York avtosalonunda göstəriləcək.

2020-ci ilədək Genesis markası altında cəmi 6 model debüt edəcək (aralarında 2 krossover olmaqla) və onlardan heç biri Hyundai emblemini daşımayacaq.


 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2
 

Bizə qoşulun