Nizami Kino Mərkəzində yeni filmlərin nümayişinə başlanılıb

12 2015 [16:15] - YouthPortal.Az

Noyabrın 12-dən Nizami Kino Mərkəzində Çili və ABŞ- ın “Kimdir orada”, ABŞ-ın Şef. Adam Cons, Rusiyanın Tərcüməçi , Türkiyənin Cin kuyusu və milli kinematoqrafçıların istehsalı olan İki tüstü filmlərinin nümayişi başlanıb.

Youthportal.az AZƏRTAC-a istinadən bildirir ki, Kimdir orada trillerinin rejissoru və ssenari müəllifi Eli Rotdur. Baş rollarda Kianu Rivz, Lorentsa İzzo, Aaron Barns, İqnasiya Allamand, Den Beyli, Meqan Beyli, Kollin Kemp, Antonio çəkiliblər.

Şef. Adam Cons filmini Stiven Naytın ssenarisi əsasında rejissor Con Uells dramatik komediya janrında çəkib. Rolları Bredli Kuper, Sienna Miller, Omar Si, Daniel Brül, Rikkardo Skamarçio, Uma Turman, Emma Tompson, Sem Kili, Qenri Qudman və Metyu Riz oynayıb.

Kriminal dram janrında çəkilən Tərcüməçi filminin rejissoru Aleksey Nujnıy, ssenari müəllifi Nikolay Kovbasdır. Rollarda Leonid Yarmolnik, Aleksandr İlyin (oğul), Mariya Andreeva, Dmitri Astraxan, Semen Treskunov, Luiza –Qabriella Brovina, Klara Laqo, Mixail Şamiqulov, Stanislav Dujnikov, Elena Plaksina çəkiliblər.

AF MediaAzərbaycan şirkətinin təqdim etdiyi Cin kuyusu qorxu filminin rejissoru Murad Toktamışoğludur. Film uşaqları olmayan bir ailənin baxıcı yanına gedəndən sonra başlarına gələn hadisələrdən bəhs edir. Baş rolları Sinem Sarızayim, Zeynep Buse Kale, Beril Özgür, Cemal Baykal, Asi Güner, Emre Korkmaz ve Kubilay Güleçoğlu oynayıblar.

Yeni milli filmlər sırasına daxil olan İki tüstü kriminal komediya filminin rejissoru Əli-Səttar Quliyevdir. Filmdə Nəriman Abdul-Əliyev, Diana Babayeva, Səməndər Rzayev, Tamilla Alverdiyeva, Həcər Ələkbərova, Vüsal Haci-Qədir, Elsevər Mehdizadə və başqaları çəkiliblər.






 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
 

Bizə qoşulun