Prezident İlham Əliyev: Birinci Avropa Oyunlarından sonra Azərbaycana maraq artır

13 2015 [12:05] - YouthPortal.Az

Birinci Avropa Oyunlarından sonra Azərbaycana maraq daha da artır və əminəm ki, bu, turizm sektorunda da özünü göstərəcək.

Youthportal xəbər verir ki, bu fikri oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

Turistlərin cəlb edilməsi siyasətinin aparılmasının vacibliyini qeyd edən dövlətimizin başçısı deyib: Biz yenə də burada daha çox fəal olmalıyıq. Birinci Avropa Oyunları ölkənin bir təqdimatı idi. Biz Azərbaycanı bütün Avropaya, dünyaya müasir, gözəl, inkişaf edən ölkə kimi tanıtdıq. Bakını isə dünyanın ən gözəl şəhərlərindən biri kimi tanıtdıq. Əlbəttə ki, bizə maraq daha da artır.

Ölkəmizdə gələn il Formula-1 yarışmasının da keçiriləcəyini deyən Prezident İlham Əliyev onun miqyasına görə dünyada ən mühüm yarışmalardan olduğunu və əlavə diqqət cəlb edəcəyini vurğulayaraq bildirib: Bu, gözəl imkanlardır ki, biz xarici turistləri Azərbaycana cəlb edək. Bu proses gedir, ancaq daha da sürətlə gedə bilər.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun