Patrik Hikki: Avropa Oyunları Olimpiya Oyunları üçün əsas seçim olacaq

30 2015 [15:30] - YouthPortal.Az

Avropa Olimpiya Komitəsi (AOK) 2019-ci ildə başlayacaq Avropa Oyunları çərçivəsində müxtəlif idman növləri üzrə bir sıra çempionatlar keçirmək və onlara seçmə statusu vermək niyyətindədir.

Youthportal.azGün.Az-a istinadənxəbər verir ki, bu barədə TASS-a açıqlamasında AOK prezidentiPatrik Hikkideyib.

Onun sözlərinə görə, Avropa Oyunları-2019 çempionatları birləşdirir və Olimpiya Oyunlarının əsas seçimi olacaq.

“Mən iki qərarın qəbul ediləcəyinə böyük ümid edirəm. Birincisi, bizim oyunların bir sıra idman növlərinin Avropa çempionatlarına daxil edilməsidir, məsələn, bu cüdoda baş verdi. İkincisi, Avropa Oyunlarını yalnız qitə oyunları kimi keçirmək yox, eyni zamanda bu yarışlardan Olimpiya Oyunları üçün seçim etmək lazımdır”, Hikki əlavə edib.

AOK prezidenti düşünür ki, bu qəraraların qəbulu çox səmərəli olardı və xeyli pula qənaət etməklə nəticələnərdi.

Qeyd edək ki, növbəti Olimpiya Oyunları 2020-ci ildə, Avropa Oyunlarından bir il sonra keçiriləcək.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
 

Bizə qoşulun