Bakı 2015 paradı keçiriləcək

7 2015 [15:15] - YouthPortal.Az

İyulun 12-də Bakı-2015 I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunmuş xüsusi tədbir keçiriləcək.

Youthportal.az-ınGün.Az-a istinadən verdiyi xəbərə əsasən, tədbir Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin təşəbbüsü ilə baş tutacaq.

“Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında baş tutacaq tədbir iki hissədən ibarət olacaq. Tədbirin birinci hissəsində Azərbaycan millisinin idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə Bakı 2015 paradı baş tutacaq. Parad saat 20.00-da Əl Oyunları Sarayından başlayaraq Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında yekunlaşacaq.

Bakı 2015 paradı xüsusi konsert proqramı ilə davam edəcək. Bakı 2015 Avropa Oyunlarının könüllülərinə və Azərbaycan millisinin idmançılarına həsr olunmuş konsert proqramı saat 21.00-da Saat qülləsinin yanında başlayacaq və müğənnilərin iştirakı ilə davam edəcək.


 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
 

Bizə qoşulun