ADAU-da “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edən tələbə könüllülərlə görüş keçirilib

7 июля 2015 [12:15] - YouthPortal.Az

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edən tələbə könüllülərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov çıxış edərək birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində könüllülərin xüsusi xidmətləri olduğunu diqqətə çatdırıb. Bildirib ki, onların xidmətləri Prezident İlham Əliyevin “Bakı-2015” ilk Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə, eləcə də birinci Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva tərəfindən də yüksək qiymətləndirilib.

Sonra könüllü tələbələr bu möhtəşəm idman yarışında qazandıqları təcrübədən danışıb, xoş təəssüratlarını bölüşüblər. Sonda ilk Avropa Oyunlarında könüllü kimi iştirak edən ADAU tələbələrinə pul mükafatları təqdim olunub.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
 

Bizə qoşulun