“Azərkosmos” I Avropa Oyunlarında göstərdiyi peyk xidmətlərinə görə mükafatlandırılıb

3 июля 2015 [16:45] - YouthPortal.Az

“Azərkosmos” ASC Beynəlxalq İdman Yayım Şirkəti tərəfindən İlk Avropa Oyunlarının keçirildiyi müddət ərzində peyk xidmətlərinin təmin olunmasında göstərdiyi xidmətlərə görə fəxri fərmanla mükafatlandırılıb.

Bu haqqda Youthportal.az Gün.Az-a istinadən məlumat verir.
 
Qeyd edək ki, Azərbaycan bu ilin 12-28 iyun 2015-ci il tarixlərində keçirilmiş Baku 2015 İlk Avropa Oyunlarına ev sahibliyi etməklə böyük uğura imza atdı. Bu müddət ərzində  Qafqazda yeganə peyk operatoru olan Azərkosmos oyunların peyk xidmətləri üzrə rəsmi təchizatçısı funksiyasını həyata keçirib.
 
Belə ki, I Avropa Oyunları zamanı görüntünün dünyanın 74 beynəlxalq yayım mərkəzinə çatdırılmasıAzərkosmosun operatoru olduğu Azerspace-1 peyki üzərindən həyata keçirilib. Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edən Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edib.
 



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 1 2 3 4 5
 

Bizə qoşulun