Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən ATGTİ-yə təşəkkürnamə təqdim edilib

1 2015 [11:12] - YouthPortal.Az


12-28 iyun 2015-ci il tarixlərində baş tutmuş Bakı 2015  I Avropa Oyunlarının təşkil olunmasında, onun təbliğində və könüllülərin oyunlara cəlb olunmasında göstərdiyi fəaliyyətə görə Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) təşəkkürnamə təqdim edilib.

Təşəkkürnamə Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Mərasimlər şöbəsinin direktoru Katerin Uqvu tərəfində ATGTİ-nin sədri Şahin İsmayilova təqdim olunub. Təşəkkürnamədə ATGTİ-nin əməkdaşlarının doqquz ay boyunca I Avropa Oyunlarının təşkil olunmasında, Açılış və Bağlanış mərasinlərimlərinin uğurla keçməsində göstərdiyi fəaliyyət yüksək qiymətləndirilib və ATGTİ-nin Bakı 2015 I Avropa Oyunlarının bir parçası olmasından qürur hissi duyulduğu qeyd edilib.

Xatırladaq ki, ATGTİ Bakı 2015 I Avropa Oyunları çərçivəsində tələbələr arasında sorğu keçirmiş və bu sorğunun nəticəsi olaraq böyük könüllü kütləsinin toplanması mümkün olmuşdur. Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə ATGTİ-nin əməkdaşlığı çərçivəsində ən kütləvi tədbirlərdən biri də Heydər Əliyev Mərkəzinin önündə keçirilmiş flaşmob olmuşdur. Flaşmobda altı mindən çox tələbə-gənc Bakı  Avropa Oyunlarının loqosu və Azərbaycan bayrağının təsvirini yaratmışdır. Oyunların təbliği üçün müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində Bakı 2015 Avropa Oyunlarının təqdimatları təşkil edilmiş və Tələbə Gənclər Təşkilatları təhsil müəssisələrində oyunlarla bağlı yaradılmış komitələrin işinə fəal şəkildə cəlb olunmuşdur. ATGTİ eyni zamanda Açılış və Bağlanış mərasimlərinə cəlb edilmiş könüllülərlə işin aparılmasına da öz töhfəsini vermişdir.

Qeyd edək ki, yekunda oyunların təşkil olunmasında iştirak edən hər bir könüllüyə  ATGTİ və Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən hazırlanmış Könüllülük pasportu təqdim edilməsi də nəzərə tutulur.


 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 1 2 3 4 5
 

Bizə qoşulun