İrina Şeyk yeni sevgilisi ilə öpüşərkən yaxalandı - Fotolar

7 2015 [16:45] - YouthPortal.Az

Məşhur cütlük İrina Şeyklə Kriştianu Ronaldunun ayrıldıqları və hətta məşhur futbolçunun yeni bir eşq macərası yaşamağa başladığı haqda xəbər vermişdik.

Youthportal.az xəbər verir ki, İrina Şeyk də keçmiş sevgilisindən geri qalmayıb.

Xarici mətbuat modelin hazırda aktyor Bredli Kuperlə eşq yaşamasından yazıb. Hətta cütlüyün öpüşərkən obyektivlərə tuş gələn fotolarını da yayıblar.

Qeyd edək ki, Ronaldu Şeyklə 2009-cu ildə Armani moda evinin reklam çəkilişlərində tanış olub.

İrina Şeyk kimi tanınan milliyyətcə tatar model İrina Şeyxülislamovadır. İ.Şeyk 1986-cı il yanvarın 6-da Rusiyanın Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərində anadan olub.

O, 19 yaşında ikən Supermodel-2004 regional gözəllik müsabiqəsinə qatılıb. Sonradan İrinaya Avropada və ABŞ-da iş təklif olunub. İ.Şeyk hazırda dünyanın ən nüfuzlu jurnallarının üz qabığında görünür.

Bredli Kuper isə 2006-cı ildə Jennifer Espozito ilə evlənib. Cütlük 2007-ci ildə boşanıblar. Aktyor 2010-cu ildə həmkarı Rene Zellvegerlə birgə olduğunu açıqlayıb. Bu münasibət 2011-ci ilə kimi davam edib. Bredli Kuper ən son The Words  (Sözlər) filminin setində tanış olduğu Zoi Saldana ilə olan münasibəti də uzun sürməyib, cütlük çox keçmədən ayrılıb.

İrina Şeyk ilə Kuperi qurduqları münasibətdə hansı aqibətin gözlədiyini isə zaman göstərəcək.
















 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun