Vakansiya: Filial müdiri-Lənkəran şəhəri

4 февраля 2015 [12:59] - YouthPortal.Az

Filial müdiri-Lənkəran şəhəri

Vəzifəyə olan tələblər

• Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir);

• Məsuliyyətli olmalı;

• Ünsiyyət qurabilmə qabiliyyəti;

• Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı (ingilis dilini bilənlərə üstünlük verilir);

• Vətəndaş qüsursuzluğuna malikolma;

• Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;

• Hesabatın hazırlanması və yazışma bacarığı;

• Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;

• Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;

• Ünsiyyət qurabilmə qabiliyyəti;

• Etikalı olmaq;

• Mərkəzi Bankın bütün təlimatları haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;

• Kredit prosesinin təşkili üzrə bacarıqlara malik olması;

• Bu sahədə dörd illik təcrübəyə malik olması;

• Filialın işlərini planlaşdırma bacarığına malik olması;



Əsas vəzifələr

• Baş bank tərəfindən verilmiş etibarnaməyə əsasən fəaliyyətini həyata keçirmək;

• Filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək;

• Bank tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşımaq;

• Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək;

• Bankın İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına nəzarət etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq;

• Filiallara etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;

• Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşımaq və nəzarət etmək;

• Filialarlın Baş bankdakı filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət etmək;

• Filialların kassa limitinin qorunmasına nəzarət edir, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş banka sifariş vermək;

• Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş banka vaxtında ötürülməsinə nəzarət etmək və buna məsuliyyət daşımaq;

• Korporativ müştərilərin filiallara cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;.

• Filialların kredit portfelində olan problemli kreditlərlə qüvvədə olan daxili prosedur tədbirləri həyata keçirimək;

• Filialların verilmiş plan üzrə kredit portfelininin artımına və problemli kreditlərin həllinə görə birbaşa məsuliyyət daşımaq;

• Daxli kredit komitələrinə rəhbərliyi həyata keçirmək;

• Kredit mütəxəssislərinin bilik və təcrübələrinin artırılması məqsədilə onlarla daimi treninqlər aparılmasına nəzarət etmək;



CV-ləri filial müdiri mövzusu ilə gunash.mustafayeva@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
 

Bizə qoşulun