Vakansiya: "İşə Qəbul Mütəxəssisi"

4 февраля 2015 [10:58] - YouthPortal.Az

Dreamland Golf LLC "İşə Qəbul Mütəxəssisi" vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır:

İş haqqında məlumat:

• Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarətin aparılması;

• İşəqəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;

• İşəqəbul hesabatlarının hazırlanması;

• Mövcud vakansiyalarla bağlı iş elanlarının hazırlanılması və yerləşdirilməsi;

• İşəqəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarının aparılması;

• Namizədlər bazasının daim yenilənməsi;

• Vakansiyalara uyğun namizədlərin seçilməsi, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;

• CV incələmə, İşəqəbul testlərinin həyata keçirilməsi;

• Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;

• Yeni işçilərin rəsmi qeydiyyata alınması, sınaq müddətlərinin izlənilməsi;

Əsas tələblər:

• Sosiologiya, Psixologiya, Menecment kimi sahələrdə ali təhsil;

• Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;

• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olması;

• İşəqəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;

• Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;

• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;

• MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.

• Kişi namizədlərə üstünlük veriləcəkdir;

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə " İşə Qəbul Mütəxəssisi" yazaraq cv@dreamland.az ünvanına göndərmələri xahiş olunur.

 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
27 28 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
 

Bizə qoşulun