LAYİHƏ KOORDİNATORU

3 2015 [10:18] - YouthPortal.Az

"AAC" MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış Müasir tikinti materialları zavodudur. "AAC" MMC məsaməli beton blokları, yanmış və sönmüş əhəngin istehsalı ilə məşğuldur. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. Şirkət Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. "AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP" ASC-yə daxildir.

LAYİHƏ KOORDİNATORU

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

İş icraçısı ilə bağlı məlumat bazasının idarə olunması;

İstehsal olunan məhsul ilə bağlı əlaqədar şəxslər (iş icraçısı, usta, satıcı, korporativ müştəri) üçün təlimlərin keçirilməsi, o cümlədən məsaməsi beton bloklarından divar hörülməsi üsullarının öyrədilməsi;

Yeni materialların və bərkidilmə sistemlərin axtarışı və testlər üçün sifariş edilməsi;

Satış nümayəndələrinin müştəri ilə görüşlərində iştirak edilməsi və bütün texniki suallara cavab verilməsi;

Yeni müştərilərin əldə edilməsi;

İstehsal olunan məhsulun istifadəsində yaranan texniki problemlərin həll edilməsi;

Müştərilərin ustaları tərəfindən aparılan tikinti prosesinə nəzarət edilməsi və tövsiyələrin verilməsi;

Hər bir layihə üçün tələb olunan sənədlərin hazırlanması;

Layihələrin əvvəldən axıra kimi koordinasiyasının təmin edilməsi;

Layihənin uğurla başa çatdırılması üçün lazım olan işçi qrupunun yığılması;

Layihə üçün tələb olunan material və avadanlıqların araşdırılması və tapılması;

Satış məntəqələrində mövcud nümayiş divarlarına baxış və qiymətləndirilməsi;

Yeni satış məntəqələrində yeni nümayiş divarların müəyyənləşdirilməsi;

Satış məntəqələrini texniki sənədlərlə təmin edilməsi;

Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;

Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;

Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;

Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Tələblər:

Ali təhsil;

Kompüterlə işləmək bacarığı (Word, Excel, Power Point, AutoCAD, Outlook);

Azərbaycan, rus və ingilis dillərini bilmək;

Tikinti sahəsində azı 3 il stajı;

Ünsiyyət qurmaq bacarığı;

Kommunikabellik;

Məsuliyyətlilik;

Diqqətlilik;

Geniş dünyagörüşü;

Əlaqələndirmə bacarığı;

Komandada işləmə bacarığı;

Aktiv və çalışqan.

İş yeri Ə. Rəcəbli ¼ ünvanında "Gobustone Plaza"da yerləşir.

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək hr@aac.az elektron ünvanına göndərməlidirlər.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun