Bioloji müxtəlifliyimizi qoruyaq! aksiyası həyata keçirildi

19 2014 [10:00] - YouthPortal.Az


18 May 2014-cü il tarixində qarşıdan gələn 22 May Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar olaraq Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi Təbiət Dostları GİB-lə birlikdə Bakı şəhərində Biomüxtəlifliyimizi qoruyaq! adlı maarifləndirici aksiya keçirmişdir. Aksiyanın məqsədi gəncləri və bütün təbiət sevərləri Azərbaycanın zəngin biomüxtəlifliyi ilə yaxından tanış etmək, bu mövzuda maarifləndirmə aparmaq və təbiətə qarşı daha diqqətli olmalarına səsləmək idi.

Tədbir zamanı 30-a yaxın gənc velosipedçi üzərində Təbiətimizi qoruyaq! şüarı olan köynəklərdə veloyürüş edərək şəhər sakinlərinin diqqətini cəlb ediblər. Veloyürüşdən sonra iştirakçılar Nəbabət bağında Biomüxtəliliyimizi qoruyaq! adlı seminarda iştirak ediblər.  Seminarda WWF Azərbaycanın əməkdaşları  çıxış edərək Azərbaycanın zəngin biomüxtəlifliyi haqqında məlumat verdilər və iştirakçıların suallarını cavablandırdilar. Təbiət Dostları GİB-in nümayəndəsi isə ekoloji- maarifləndirici fəaliyyətlərindən danışdılar.  

Eyni zamanda tədbir çərçivəsində WWF Azərbaycanın fəaliyyətlərini əks etdirən  təbiət və biomüxtəlifliyə aid şəkillərdən ibarət Nəbabət bağında açıq səma altında sərgi təşkil edilmişdir. Bundan əlavə Nəbabət bağının əməkdaşları  iştirakçılar üçün ekskursiya təşkil etmiş və bağın zəngin bitki örtüyü ilə yaxında tanış ediblər.

Qeyd edək ki, Ümumdünya Təbiəti  Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi 2001-ci ildən başlayaraq fəaliyyət göstərir.  Bu müddət ərzində nümayəndəlik Azərbaycanda biomüxtəlifliyin qorunması və inkişaf etdirilməsi istiqamətində bir çox layihələr həyata keçimişdir. Hal-hazırda Qafqazda bəbirlərin mühafizəsi, ceyranların və bizonların reinroduksiyası, iqlim dəyişmələrinə qarşı meşə ekosistemlərinin dözümlüyünün artırılması istiqamətində layihələr həyata keçirir.














 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
 

Bizə qoşulun