Dünya klassik musiqi irsi musiqi layihəsi çərçivəsində konsert olmuşdur

2 2013 [11:01] - YouthPortal.Az


Mayın 1-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dünya klassik musiqi irsi musiqi layihəsi çərçivəsində konsert olmuşdur.

Layihə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur.

Konsert proqramında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış etmişdir. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Ağaverdi Paşayevdir.

Orkestrin ifasında Üzeyir Hacıbəylinin Koroğlu operasından Üvertura, Vasif Adıgözəlovun Bayram süitası, Fikrət Əmirov Gözün aydın musiqili komediyasından Rəqs və s. əsərlər səsləndirilmişdir.

Həmçinin, solistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Ehtiram Hüseynov, əməkdar artistlər Aybəniz Haşımova, Almaz Orucova, Xalq Artisti Simarə İmanova məşhur bəstəkarlarımızdan Cahangir Cahangirovun Alagöz, Üzeyir Hacıbəylinin Arşın mal alan musiqili komediyasından parça, Fikrət Əmirovun Azərbaycan elləri və Şeyx Sənan dramından Kor ərəbin mahnısı, Tofiq Quliyevin Sənə də qalmaz, Niyazinin Qaragilə, Oqtay Kazımovun Məhəbbət, Vasif Adıgözəlovun Qarabağ şikəstəsi, Əlibaba Məmmədovun Min yaşa və digər əsərləri ifa etmişlər.



AzərTAc

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1
 

Bizə qoşulun