Bakı Musiqi Akademiyasında yubiley konserti keçiriləcəkdir

14 марта 2013 [12:02] - YouthPortal.Az

Martın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, BМA-nın məktəb-studiyasının yaradıcısı və direktoru, professor Tərlan Seyidovun 70 illik yubileyinə həsr olunmuş konsert təqdim ediləcəkdir.

Bakı Musiqi Akademiyasından bildirmişlər ki, konsertdə müxtəlif illərdə Tərlan Seyidovun sinfini bitirən pianoçular, BMA-nın məktəb-studiyasının məzunları, Prezident təqaüdçüləri, respublika və beynəlxalq müsabiqələrin laureatları və diplomantları çıxış edəcəklər.

Proqramda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənəcəkdir.

Həmçinin gənc bəstəkarlar, BMA-nın məktəb-studiyanın məzunları Zərif Kərimova və Tural Məmmədlinin də musiqiləri ifa olunacaqdır.

 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
 

Bizə qoşulun