Kazanda Azərbaycan musiqi səslənəcək

2 2013 [12:16] - YouthPortal.Az


Tatarıstanın paytaxtı Kazanda aprelin 5-dən 7-dək Avropa-Asiya XI beynəlxalq musiqi festivalı keçiriləcək.

Festival çərçivəsində baş tutacaq yeddi konsert proqramında yerli bəstəkarların əsərlərilə yanaşı, Azərbaycan, İsveçrə, Xorvatiya, Türkiyə, Özbəkistan, Yaponiya və digər ölkə sənətkarlarının musiqisi də ifa olunacaq.

Açılış mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri Firəngiz Əlizadənin Metomorfoz əsəri səsləndiriləcək. Festival çərçivəsində həmçinin Fikrət Əmirovun, Cahangir Cahangirovun, Ərtoğrul Cavidin ,Sərdar Fərəcovun , Dadaş Dadaşovun əsərləri də ifa olunacaq.

ABİ-nin katibi Sərdar Fərəcov Tatarıstan Bəstəkarlar İttifaqının sədri Rəşid Kalimullinin dəvət ilə fəxri qonaq kimi festivala qatılacaq.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun