Qızlar arasında şahmat üzrə Bakı birinciliyi başa çatıb

13 2018 [15:47] - YouthPortal.Az

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Şahmat Mərkəzində 20022003-cü il təvəllüdlü qızlar arasında şahmat üzrə Bakı birinciliyi başa çatıb.

BŞGİBİ-dən Youthportal- a bildiriblər ki, yarışda 4 xal toplayan Zəhra Tağıyeva qızıl medala sahib olub. Vəfa Əlibəyova 3,5 xalla yarışı ikinci, Mehin Əhmədova 3,0 xalla üçüncü yerdə başa vurublar. Mükafatçılarla yanaşı, dördüncü yeri tutmuş Ayan Əhmədova (2,5 xalla) bu ilin iyununda keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb.

Yarışın bağlanış mərasimində Baş İdarənin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Yarışda ilk üç yeri tutmuş idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4
 

Bizə qoşulun