U-18 basketbolçularımız beynəlxalq turnirin qalibi olublar

13 2018 [14:19] - YouthPortal.Az

Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət milli komandası İranın Sərab şəhərində keçirilən ənənəvi beynəlxalq turnirin qalibi olub.

Youthportal Azərbaycan Basketbol Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə U-18 millimizlə yanaşı, İranın və İraqın bir sıra şəhərlərinin komandaları da iştirak ediblər.

Samit Nuruzadənin yetirmələri ilk qarşılaşmada Süleymaniyyə şəhərinin basketbolçularına 60:69 hesabı ilə məğlub olublar. Bu görüşdən sonra dönüş yaradan komandamız turnirin favoriti olan İran millisini üstələyib (75:71). Ev sahibləri ilə keçirilən sonuncu görüş isə gərgin idman mübarizəsi şəraitində keçib. Bu oyunda da komandamız yüksək oyun nümayiş etdirərək rəqibinə heç bir şans verməyib - 90:72.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4
 

Bizə qoşulun