Formula 1 groupun direktoru: Bakı üçün elə bir platforma yaratmalıyıq ki...

13 2018 [10:55] - YouthPortal.Az

"Biz Bakı ilə səmərəli əməkdaşlıq edirik və gələcəkdə bu əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik".

Youthportal xəbər verir ki, bunu Formula 1 group şirkətinin baş icraçı direktoru Çeys Kerri Heydər Əliyev Mərkəzində Bakı Şəhər Halqası və Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları 2018 adlı konfransda çıxışı zamanı deyib.

Ç.Kerri bildirib ki, dünyada milyonlarla insan Formula 1 yarışlarını televiziya, internet və digər rəqəmsal kanallar vasitəsilə izləyir: Biz Bakı üçün elə bir platforma yaratmalıyıq ki, Bakı bundan böyük fayda götürsün. Ötənilki yarışma həyəcanlı idi və çalışırıq ki, budəfəki yarışda həyəcanı artıraq. Biz çalışacağıq ki, insanlar yarışlardan daha böyük zövq alsınlar.

Formula 1 rəhbəri qeyd edib ki, Bakıda keçirilən Formula 1 yarışlarına tamaşa edən insanları Bakıya cəlb etmək lazımdır: Bu platforma vasitəsilə milyonlarla insan Bakını görür və Azərbaycana səfər edə bilər. Biz çalışmalıyıq ki, Bakı haqqında daha ətraflı məlumat verək və həmin insanları Bakıya gəlməyə cəlb edək.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4
 

Bizə qoşulun