Neftçi İdman Klubunun samboçuları Azərbaycan birinciliyi və çempionatında 12 qızıl medal qazanıblar

12 2018 [18:04] - YouthPortal.Az

Şağan Olimpiya İdman Kompleksində sambo üzrə Azərbaycan birinciliyi və çempionatına yekun vurulub.

Youthportal xəbər verir ki, yeniyetmələr, gənclər və kişilər arasında keçirilən yarışda 500-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.

Neftçi İdman Klubunun samboçuları əzmkarlıq nümayiş etdirərək yarışın 36 medalına (12 qızıl, 9 gümüş, 15 bürünc) sahib olublar.

Yeniyetmələr arasında Nurlan İsmayılov (48 kq), Mehman Mehdizadə (52 kq), Kamran Qasımov (65 kq) və Ramil Abbasov (81 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gənclərin yarışında Nurlan İsmayılov (48 kq), Eyvaz Baxşıyev (57 kq), Bahadur Əsgərov (68 kq), Əli Nəzərli (82 kq) və Sənan Hüseynov (90 kq) rəqib tanımayaraq ölkə çempionu adını qazanıblar. Kişilər arasında təşkil olunan yarışda isə Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq) və Ceyhun Hüseynov (82 kq) eyni uğura imza atıblar.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4
 

Bizə qoşulun