Azərbaycan-2020: Vergi birinciliyi layihəsi start götürür (FOTO)

12 2018 [16:31] - YouthPortal.Az

Fevalın 12-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən Ali təhsil müəssisələrində potensialın gücləndirilməsi mövzusunda seminar öz işinə başlayıb. Keyfiyyətin Təminatı üzrə Avropa Şəbəkəsi (ENQA-nın) ekspertlərinin apardığı seminarda ali məktəblərin akkreditasiyası zamanı ekspert komissiyasının üzvləri kimi fəaliyyət göstərən ali təhsil mütəxəssisləri iştirak edirlər.

Youthportal xəbər verir ki, seminar ali təhsil müəssisələrinin akkreditasiyası prosesinin təkmilləşdirilməsi və bu cəhətdən akkreditasiya proseslərində iştirak edən yerli ekspertlərin praktiki biliklərinin və potensialının inkişaf etdirilməsinə dəstək məqsədi daşıyır.

Seminarda xarici ekspertlər qismində iştirak edən Təhsildə Keyfiyyətin Təminatı üzrə Norveç Agentliyinin eksperti Tove Blytt Holmen, Hollandiyanın Akkreditasiya Təşkilatının eksperti Lineke van Bruggen və Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzinin direktoru Nora Skaburskiene nəzərdə tutulan 3 gün ərzində öz təcrübələrini yerli iştirakçılarla bölüşəcək və praktiki məsləhətlərini verəcəklər. Seminarda həmçinin istifadə olunacaq simulyasiya modeli əldə edilən praktiki bilikləri tətbiqinə kömək edəcəkdir.




 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4
 

Bizə qoşulun