Atçılığın konkur növü üzrə Buta Golden kuboku turnirinin ikinci mərhələsi keçirilib.

12 2018 [15:17] - YouthPortal.Az

11 fevral 2018-ci il tarixdə Buta Golden kubokunun ikinci mərhələsi Binə Atçılıq Mərkəzinin qapalı manejində baş tutub. Komandalar arası keçirilən yarışda Sərhədçi, Elite Horse and Polo Club, Atçılıq məktəbi və Royal Riding komandaları iştirak edib. Hər komanda 4 nəfər idmançıdan ibarət olub.

Youthportal xəbər verir ki, E, M* və S* kateqoriyaları üzrə təşkil olunan oyunda Buta Golden Kubokunu Sərhədçi Atçılıq klubunun idmançıları qazanıb. İkinci yer və bürünc medal isə Elite Horse and Polo Club tərəfindən qazanılıb. Royal Riding Klubu isə 3-cü yerdə qərarlaşıb.

Təkrar sıçrayışda fərdi mübarizə aparan idmançılardan Murad Klubunun idmançısı Anar Hümbətov DAmour ləqəbli atla 1-ci yerə, Sərhədçi Klubunun idmançısı Sənan Məmmədov Misir ləqəbli atla 2-ci yerə, Murad Klubunun idmançısı Kərim Abdullayev Clima ləqəbli atla 3-cü yerə yüksəlmişdir.

Beləliklə, 2 gün davam edən konkur üzrə Buta Golden Kuboku turnirinə yekun vurulmuşdur.

Turnirin ümumi mükafat fondu 5000 AZN təşkil edib.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4
 

Bizə qoşulun