İntellektual oyunda 153 nömrəli məktəbin komandası qalib gəlib

12 2018 [14:54] - YouthPortal.Az

Paytaxt məktəblilərindən ibarət komandalar arasında növbəti intellektual oyun keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Youthportal- a bildiriblər ki, bu qurumun tabeliyindəki 153 və 154 nömrəli tam orta məktəblərin, 166 və 220 nömrəli məktəb-liseylərin komandaları Hazırcavablar intellektual oyununda qarşılaşıb. Məktəblilər Azərbaycan dili, Ədəbiyyat, Tarix, Biologiya və Hansı? bölmələri üzrə sualları cavablandırıblar. İntellektual oyunun nəticələrinə əsasən, 153 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

Qeyd edək ki, Hazırcavablar intellektual oyunu BŞTİ və AzTV-nin birgə layihəsidir. Hazırcavablar intellektual oyununda BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaqdır. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4
 

Bizə qoşulun