WhatsApp messencerində pulköçürmə sistemi istifadəyə veriləcək

11 2018 [12:06] - YouthPortal.Az

WhatsApp şirkəti eyniadlı messencerdə pulköçürmə sisteminin tətbiq edir.

Youthportal hi-tech.mail.ru saytına istinadla xəbər verir ki, WhatsApp artıq Hindistanda ödəniş sistemini sınaqdan keçirir. Ekran görüntülərində bu sistemi dəstəkləyən banklardan ibarət böyük siyahını görmək olar. Funksiyadan istifadə etmək üçün SMS kod vasitəsilə telefon nömrəsini təsdiqləmək və hesab açılmış bankı seçmək lazımdır.

Pulköçürmə sistemi Unified Payments Interface (UPI) interfeysinə əsaslanır. İstifadəçilər bir-birinə pulu birbaşa messencerdə komissiyasız göndərə biləcəklər. İlkin mərhələdə messencer yalnız istifadəçilər arasında ödənişləri dəstəkləyəcək. Gələcəkdə şirkət messencerə Çinin WeChat messencerində olduğu kimi müxtəlif xidmətlərin ödənişini əlavə edə bilər (məsələn taksi, yaxud yemək sifariş etmək və ödəmək).

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4
 

Bizə qoşulun