Formula-1 Azərbaycan Qran-Prisinin könüllülərinin uğur qazanmış növbəti məşhurla görüşü olub

10 2018 [21:38] - YouthPortal.Az

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula-1 Azərbaycan Qran-Prisinin könüllülərini uğur qazanmış növbəti məşhurla görüşdürüb. Öz biznesini quran Nigar Köçərli könüllülərin suallarını cavablandırıb və onlara məsləhətlər verib.

Görüş zamanı Nigar Köçərli kitablardan və onların motivasiya gücündən bəhs edib. O, həyatını dəyişdirən və oxunması önəmli olan kitablar barədə danışıb. Formula-1 Azərbaycan Qran-Prisinin könüllüləri də oxuduqları kitablar barədə söhbət açıb, yoldaşları ilə fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı aktiv olan könüllülərə kitab, Əli və Ninodan hədiyyə kartları təqdim edilib.

Nigar Köçərli könüllülər ilə kitabla bağlı olan maraqlı xatirələrini paylaşıb, onları ruhdan düşməməyə və uğur qazanmaq üçün daim kitab oxumağa çağırıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Akademiyasının təşkilatçılığı ilə Könüllülərin spikeri proqramı çərçivəsində bu cür görüşlər mütəmadi olaraq təşkil ediləcək.











 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4
 

Bizə qoşulun