Badminton üzrə kişilərdən ibarət komandamız Avropa çempionatında iştirak edəcək

11 2018 [11:30] - YouthPortal.Az

Fevralın 13-18-də Rusiyanın Kazan şəhərində keçiriləcək badminton üzrə Avropa çempionatında iştirak edəcək kişilərdən ibarət milli komandamız qitə çempionatından əvvəl Bakıda son məşqinə çıxıb.

Azərbaycan Badminton Federasiyasından Youthportal- a bildirilib ki, üçüncü qrupda qərarlaşan komandamızın rəqibləri Lüksemburq, İslandiya və Almaniya milliləri olacaq. Ukraynalı məşqçi Yevgeni Poçtaryovun rəhbərliyi altında turnirdə millimizin heyətinə Kənan Rzayev, Orxan Qələndərov, Səbuhi Hüseynov, Cahid Əlhəsənov, Ezmi Qovimuramadhoni və Edi Rezki Dviçayo daxil ediliblər.

Çempionatın reqlamentinə əsasən, komandalar yeddi qrupda mübarizə aparacaqlar. Qrup qalibləri ilə yanaşı, ən yaxşı qrup ikincisi pley-off mərhələsinə vəsiqə qazanacaq. Komandamız ilk oyununu fevralın 13-də Lüksemburq yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4
 

Bizə qoşulun