UNEC-in qadın tədqiqatçıları araşdırmalarını Avropada davam etdirəcəklər

10 2018 [12:02] - YouthPortal.Az

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) UNEC qadınları elm dünyasında: yeni çağırışlar və imkanlar mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir Beynəlxalq Elmdə Qadınlar Gününə həsr olunub.

UNEC-dən Youthportal-a bildirilib ki, rektor, professor Ədalət Muradov rəhbərlik etdiyi universitetin tədqiqatyönümlü ali təhsil müəssisəsinə çevrilməkdə iddialı olduğunu vurğulayıb. UNEC-də pedaqoji fəaliyyət göstərən xanımların yüksək elmi potensiala malik olduğunu qeyd edən rektor gələcək iqtisadçıların yetişməsində onların əvəzsiz rol oynadığını qeyd edib. Ə.Muradov xanımların elmi potensialını stimullaşdırmaq məqsədilə müəllimlərin reytinq sisteminin elmi tədqiqat bölümündə qalib olan qadınlar üçün pul mükafatı təsis ediləcəyini bildirib. Eyni zamanda, öz elmi tədqiqatı ilə fərqlənən qadın müəllimin üç ay müddətinə tədqiqatını Avropanın ən nüfuzlu universitetində davam etdirəcəyini vurğulayıb.

Gəncə Dövlət Universitetinin prorektoru, Milli Məclisin deputatı, dosent Pərvin Kərimzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ictimai-humanitar fəaliyyətindən bəhs edib, onun Azərbaycan elm və təhsilinə göstərdiyi qayğıdan danışıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova doğulub boya-başa çatdığı ailə modelini nümunə göstərərək, akademiklər Zərifə Əliyeva ilə Rəfiqə Əliyevanın keçdiyi həyat yolundan söz açıb. O, Azərbaycan elmində önəmli iz buraxan hər iki qadın alimin elmi karyeralarında əldə etdikləri nailiyyətlərlə yanaşı, gözəl ana kimi cəmiyyət üçün savadlı və bacarıqlı övladlar böyütdüklərini deyib.

Hesablama Palatasının auditoru Mehriban Alışanova zərif cinsin nümayəndələrinin dövlət idarəçiliyində, təhsil, elm və digər mühüm sahələrdə uğurla təmsil olunduğunu qeyd edib.

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, UNEC-in dosenti Xalidə Bayramova ölkədə gendər bərabərliyinin tam təmin edildiyini qeyd edib.

UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova universitetdə akademik heyətin böyük əksəriyyətinin qadın olduğunu bildirib. Təhsilin magistratura pilləsini elmi tədqiqatın ilk mərhələsi adlandıran prorektor burada 3.084 magistrin 1.346-sının, 155 doktorant və dissertantın isə 64-ünün zərif cinsin nümayəndəsi olduğunu diqqətə çatdırıb.

İstanbul Universitetinin prorektoru, professor Sedat Murat türk qadınının bütün dövrlərdə cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib. Türkiyəli professor Azərbaycanda qadınların elm, təhsil və ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində görülən işləri yüksək dəyərləndirib.

UNEC-in elm şöbəsinin müdiri, professor Zahid Məmmədov Azərbaycan qadınını ictimai həyatın bütün sahələrində, təhsil, elm, iqtisadiyyat, səhiyyə, mədəniyyət və vətəndaş cəmiyyəti quruculuğunda cəmiyyətimizin aparıcı qüvvəsi adlandırıb.

Konfransda qadınların elmi karyera inkişafına mane olan amillər araşdırılıb, onların aradan qaldırılması məqsədilə təkliflər səsləndirilib.




 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4
 

Bizə qoşulun