Bakıda qadınlar arasında ilk dəfə Startup yarışı keçirilir

10 2018 [10:34] - YouthPortal.Az

Global Startup Weekend Women tədbirinə bu il Bakı da qoşulub.

Fevralın 9-da ADA Universitetində təşkil olunan yarışın açılış mərasimində çıxış edən NEXT Step İnnovasiyalar Mərkəzinin əməkdaşı Kəmalə İsmayılova bildirib ki, Boş durma, hərəkət et! şüarı ilə keçirilən yarış fevralın 11-dək davam edəcək.
Youthportal xəbər verir ki, tədbir çərçivəsində innovativ texnologiyalara əsaslanan ideyalarla qadın sahibkarlar, marketoloqlar, dizaynerlər və proqramçılar komanda şəklində bir araya gələrək startaplar yaradacaq və münsiflər heyəti qarşısında təqdimatla çıxış edəcəklər. Yarışın qalibi olan ideyanın sahibi isə mart ayında Parisdə keçiriləcək böyük finalda ölkəmizi təmsil edəcək. Həmçinin qalib komanda NEXT Step İnnovasiyalar Mərkəzinin Sup.az aksellerasiya proqramında iştirak etmək haqqını qazanacaq. Qalib komandanı mütəxəssislərdən ibarət münsiflər heyəti seçəcək. Üç gün ərzində iştirakçılar mentorlardan biznes məsləhətləri ala və tövsiyələri dinləyə biləcəklər.

Startup Weekend Women layihəsi ilk dəfə ötən il Parisdə həyata keçirilib, bu il isə artıq 30 ölkəni əhatə edən qlobal tədbirə çevrilib. Azərbaycanın bu layihəyə qoşulması qadınlar arasında startup anlayışını möhkəmləndirərək, öz işini qurmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq kimi şanslar yaradacaq.

Bu tədbirin qlobal siması məşhur aktrisa və fotomodel Emma Vatsondur. Parisdə keçiriləcək böyük finalda onun da iştirakı gözlənilir.




 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4
 

Bizə qoşulun